Bank Of Baku

Sərdar Cəlaloğlu: “Mənə 10 min avro kompensasiya ödənməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı hələ də icra olunmayıb”

Sərdar Cəlaloğlu: “Mənə 10 min avro kompensasiya ödənməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı hələ də icra olunmayıb”
# 12 iyun 2007 10:10 (UTC +04:00)
Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hökumətinin Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna 10 min avro kompensasiya ödəməsi ilə bağlı qərarı hələlik yerinə yetirilməyib. Bu barədə APA-ya məlumat verən S. Cəlaloğlunun sözlərinə görə, bir müddət əvvəl məhkəmə nümayəndələri onun bank hesabını alaraq hökumətə təqdim ediblər. Partiya sədri Avropa Məhkəməsinin qərarının aprelin 11-də qüvvəyə mindiyini deyib. Onun sözlərinə görə, məhkəmə qərarının qüvvəyə minməsindən sonrakı 3 ay ərzində cərimə ödənilməlidir: “Əks halda məhkəmənin qərarında böyük cərimələr nəzərdə tutulub. Belə ki, cərimə ödəməsə, həmin miqdarın 2 faizi qədər cərimə, həmçinin, Avropa Bankının faizləri məhkəmə qərarında göstərilən məbləğin üstünə gələcək”. S. Cəlaloğlu pulun ödənməyəcəyi halda hökumətin hər ay təxminən 2-3 min avro məbləğində cərimə olunacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR