Bank Of Baku

ABŞ dövlət katibinin müavini Conatan Rud: “ABŞ Vladimir Putinin Qəbələ radiolokasiya stansiyasından birgə istifadə təklifini dəstəkləyir”

ABŞ dövlət katibinin müavini Conatan Rud: “ABŞ Vladimir Putinin Qəbələ radiolokasiya stansiyasından birgə istifadə təklifini dəstəkləyir”
# 12 iyun 2007 10:18 (UTC +04:00)
O bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin Qəbələ radiolokasiya stansiyasından raket hücumundan müdafiə üçün birgə istifadə təklifini dəstəkləyir: “Prezident Putinin təklifi kifayət qədər mühüm və maraqlıdır. Ümidvarıq ki, bu təklif ekspertlər səviyyəsində müzakirə olunacaq”. Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak isə bəyan edib ki, Putinin Qəbələ RLS-lə bağlı təklifinin məqsədi odur ki, Azərbaycanda əlavə raket hücumundan müdafiə sistemi yaradılmasın: “Biz üçüncü ölkə ərazisində raket hücumundan müdafiə sistemi yaratmağı təklif edə bilmərik. Mövcud radar dəfələrlə sınaqdan uğurla çıxıb, Qəbələ radiolokasiya stansiyası Yaxın və Orta Şərqdə istənilən raket buraxılışını qeydə ala bilir. Bundan başqa Rusiya hesab edir ki, Polşa və Çexiyada yeni kompleksin quraşdırılmasını zəruri edən təhlükə ehtimalı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR