Bank Of Baku

Müxalifət partiyaları Qarabağ məsələsində vahid mövqedən çıxış etməklə bağlı razılığa gəliblər

Müxalifət partiyaları Qarabağ məsələsində vahid mövqedən çıxış etməklə bağlı razılığa gəliblər
# 12 iyun 2007 10:36 (UTC +04:00)
“Müxalifət partiyaların liderlərinin birgə müzakirələr aparmasında əsas məqsəd alyans yox, müxalifətin məsləhət şurasını yaratmaqdır. Aparılan danışıqlar nəticəsində artıq bir sıra məsələlərdə razılaşmalar əldə olunub”. Bunun APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bir sıra milli məsələlərdə, müxalifət üçün önəmli olan problemlərlə bağlı vahid mövqedən çıxış etmək qərarı verilib. İlkin olaraq Qarabağ məsələsi ilə bağlı bütün məsələlərdə vahid mövqedən çıxış edəcəklərini deyən S. Cəlaloğlu şuranın əsasnaməsi, tərkibi, fəaliyyət formaları ilə bağlı müzakirələrin də davam etdiyini bildirib: “Hələlik fəal siyası dövr olmadığı üçün 10-15 gündən bir toplaşıb müzakirə aparırıq. Hazırda heç bir sənədin imzalanmasından söhbət getmir. Amma proses başa çatdan sənəd də olmalıdır. İndi birgə fəaliyyətlə bağlı yalnız şifahi razılaşma var. Müəyyən mərhələdən sonra bunu sənədlə də təsdiq edəcəyik”. S. Cəlaloğlu şuranın tərkibinin genişlndirilməsi ilə bağlı müzakirələrin aparıldığını da qeyd edib. Buna baxmayaraq, o bildirib ki, hələlik quruma kimlərin dəvət ediləcəyi konkret müəyyənləşməyib. Partiya sədri müzakirələrdə Müsavat, ASDP, AMİP, Tərəqqi Partiyası, ADP və Azərbaycan Naminə İctimai Forumun iştirak etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR