Bank Of Baku

“Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi keçirilib

“Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi keçirilib
# 12 iyun 2007 10:41 (UTC +04:00)
Azərbaycan Hüquqçular Assosiasiyasının təşəbbüsü ilə (AHA) “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi keçirilib. APA-nın məlumatına görə, AHA-nın prezidenti Ənnağı Hacıbəyli hazırda qüvvədə olan qanun hazırlanarkən demokratik dəyərlərə üstünlük verildiyini deyib: “Amma həmin qanunda bəzi boşluqlar var. Məsələn, , aksiyaların qarşısının alınmasında güc tətbiqinə dair müddəada qeyri-dəqiqliyə yol verilib”. Hüquqşünas Hafiz Həsənov isə fəaliyyətdə olan qanunda məhdudiyyətlərin qeyri-müəyyən şəkildə göstərildiyini vurğulayıb: “Qanunun 8-9-10-cu maddələrində əsassız məhdudiyyətlər qoyulub. Bundan başqa isə məhdudiyyətlər konkret faktlarla göstərilməyib. Yeni layihədə isə bu məsələlərə aydınlıq gətirilib və qanunun əsasını təşkil edən məhdudiyyətlər dəqiqliklə göstərilib”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aksiyaların keçirilməsi üçün xüsusi yerlərin təklif edilməsini qanunsuz hesab edib. Onun fikrincə, Bakı şəhər İcra Hakimiyyətinin hər hansı aksiyaya icazə verməsi qanunda öz əksini tapmayıb. Bu səbəbdən də aksiya keçirən təşkilatın icra hakimiyyətindən icazə alması məcburi sayıla bilməz. Tədbirdə eyni zamanda AHA-nın təşəbbüsü ilə nəşr edilən “Avropa ölkələrinin məhkəmə sistemi” və “Azərbaycanda məhkəmə sistemi və hakim korpusunun formalaşması” adlı kitabların təqdimatı keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR