Bank Of Baku

Arif Hacılı: “Prezident seçkiləri ərəfəsində Müsavat Partiyası öz fəaliyyətini gücləndirəcək”

Arif Hacılı: “Prezident seçkiləri ərəfəsində Müsavat Partiyası öz fəaliyyətini gücləndirəcək”
# 12 iyun 2007 12:02 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri ərəfəsində Müsavat Partiyası öz fəaliyyətini gücləndirəcək. Bir sıra partiyalar, liderlər, nüfuzlu şəxslər, KİV orqanları Müsavatın namizədi olacaq İsa Qəmbərin namizədliyi ətrafında cəmləşəcək”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Hazırda da bir sıra qurumlarla ilkin məsləhətləşmələrin olduğunu deyən A. Hacılı vahid namizəd məsələsinin indiki məqamda müzakirəyə çıxarılmasının ziyanlı olduğunu bildirib. Onun sözlərinə görə, vahid namizədlə bağlı müzakirələr aparmaq müxalifətin inteqrasiyasının ziyanınadır: “Ona görə də biz indi bununla bağlı müzakirələr aparmaq fikrində deyilik. Seçki kampaniyasına start veriləndə bu mövzu aktuallaşacaq”. A. Hacılı onu da qeyd edib ki, prezident seçkiləri ilə əlaqədar olaraq Müsavatın rayon təşkilatlarında hazırlıq işləri gedir. O, rayon təşkilatlarının yerli strukturların toplantılarının keçirildiyini, yeniləşmələr həyata keçirildiyini, seçki prosesində iştirak edəcək şəxslər üçün seminarların təşkil olunmasının nəzərdə tutulduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR