Bank Of Baku

Azərbaycan müdafiə naziri NATO-nun tədbirində iştirak edəcək

Azərbaycan müdafiə naziri NATO-nun tədbirində iştirak edəcək
# 12 iyun 2007 13:08 (UTC +04:00)
İyunun 14-15-də Brüsseldə NATO-ya üzv ölkələrin və tərəfdaş dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək. APA-nın NATO-nun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, toplantıda həmçinin, Avroatlantika Tərəfdaşlıq Şurası, NATO-Rusiya Şurası, NATO-Ukrayna Komissiyası, Nüvə Planlaşdırılması Qrupu, o cümlədən Əfqanıstanın nümayəndə heyəti iştirak edəcək.
İclasda NATO-nun genişlənməsi, Əfqanıstandakı Beynəlxalq Sülhə Yardım Qüvvələri (İSAF) ilə bağlı məsələlər, həmçinin Əfqanıstan və Kosovadakı vəziyyət müzakirə olunacaq.
Toplantıda Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin də iştirakı gözlənilir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR