Bank Of Baku

Bəhram Xəlilov: “Dövlət qulluğu vəzifələrinə marağı artırmaq üçün maaşlar artırılmalıdır”

Bəhram Xəlilov: “Dövlət qulluğu vəzifələrinə marağı artırmaq üçün maaşlar artırılmalıdır”
# 13 iyun 2007 10:39 (UTC +04:00)
İyunun 23-də Azərbaycan Respublikası dövlət qulluqçularının peşə bayramı qeyd olunacaq. Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu, ölkə prezidentinin ötən il imzaladığı sərəncama uyğun olaraq qeyd olunur. “Yaxın zamanlarda dövlət qulluqçularının maaşlarının artırılması nəzərdə tutulurmu?” sualını cavablandıran komissiya sədri deyib ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı hazırlanan yeni proqram layihəsində dövlət qulluqçularının maaşlarının mərhələlərlə artırılması nəzərdə tutulur. Hazırda dövlət qulluqçularının əmək haqlarının o qədər də aşağı olmadığını bildirən B. Xəlilovun sözlərinə görə, dövlət qulluğu vəzifələrinə marağı artırmaq üçün maaşlar artırılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR