Bank Of Baku

Naxçıvanda Qurtuluş Günü qeyd olunur

Naxçıvanda Qurtuluş Günü qeyd olunur
# 13 iyun 2007 10:43 (UTC +04:00)
Naxçıvanda Qurtuluş Günü qeyd olunur. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu münasibətlə Muxtar Respublikada iyunun 9-dan başlayaraq müxtəlif tədbirlər keçirilir. Naxçıvan MR Gənclər və İdman Nazirliyindən bildiriblər ki, ilin əvvəlində təsdiq olunmuş tədbirlər planına əsasən Naxçıvan MR şahmat birinciliyi və əlillər arasında müxtəlif növlərdə idman yarışları artıq başa çatıb. Bu istiqamətdə tədbirlərin MR-in müxtəlif idman federasiyaları tərəfindən bölgələrdə də təşkili nəzərdə tutulur.
Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən isə APA-ya indiyədək ayrı-ayrı mədəniyyət mərkəzlərində 15 iyun - Qurtuluş Gününün qeyd olunduğu bildirilib. Tədbirlər növbəti iki gün ərzində də davam edəcək. Naxçıvan MR Mədəniyyət Nazirliyindən onu da bildiriblər ki, iyunun 15-də Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında və Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında bayram şənliyi təşkil olunacaq. Tədbirlərdə müxtəlif musiqi kollektivlərinin iştirakı nəzərdə tutulur. 15 iyun təqvimi YAP-ın Naxçıvan MR təşkilatlarında da geniş şəkildə qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR