Bank Of Baku

MDB-nin icra katibi Vladimir Ruşaylo vəzifəsinin icrasını davam etdirəcək

MDB-nin icra katibi Vladimir Ruşaylo vəzifəsinin icrasını davam etdirəcək
# 13 iyun 2007 11:10 (UTC +04:00)
“Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammitində qurumun İcra Komitəsinin sədri ilə bağlı məsələyə baxılmayıb”. Bunu APA-ya açıqlamasında MDB İcra Komitəsinin mətbuat katibi Sergey Podqorquntski deyib. İyunun 14-də icra katibi Vladimir Ruşaylonun səlahiyyət müddətinin bitəcəyi ilə bağlı sualı cavablandıran S. Podqorquntski bildirib ki, V. Ruşaylo öz vəzifəsinin icrasını davam etdirəcək və hələlik hansısa dəyişikliyin olması gözlənilmir: “Əgər MDB dövlət başçıları yeni namizəd irəli sürməyiblərsə, mövcud sədrin səlahiyyət müddəti avtomatik olaraq uzadılmış sayılır və o, işini davam etdirir”. İcra katibinin seçilməsi mexanizminə aydınlıq gətirən S. Podqorquntskinin sözlərinə görə, prezidentlərin razılığı ilə bu vəzifəyə namizəd Dövlət Başçıları Şurasına sədrlik edən şəxs tərəfindən irəli sürülür. Hazırda sədr Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. Rusiya mətbuatının yazdığına görə, İcra Komitəsinin katibi məsələsi iyunun 10-da keçirilmiş qeyri-rəsmi sammitdə müzakirə olunmalı idi. Lakin Belarus prezidenti Aleksandr Lukaşenko bu vəzifəyə real namizəd olan Rusiya Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Aleksandr Veşnyakovun namizədliyinə qəti etirazını bildirdiyi üçün məsələyə baxılmayıb.
Qeyd edək ki, MDB dövlət başçılarının növbəti sammiti bu ilin oktyabr ayında Düşənbədə keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR