Bank Of Baku

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev dərsləri” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev dərsləri” mövzusunda tədbir keçirilib
# 13 iyun 2007 12:14 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə bu gün Səbael rayon İcra Hakimiyyətinin akt zalında “Heydər Əliyev dərsləri” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov “Heydər Əliyev dərsləri”nin partiyanın bütün rayon təşkilatlarında keçiriləcəyini bildirib. Onun sözlərinə görə, yerli təşkilatların rəhbərləri Heydər Əliyev siyasətinin həyata keçirilməsində fəal olmalıdırlar: “Heydər Əliyev dərslərinin rayonlarda da keçirilməsi partiyanın fəaliyyətinin güclənməsinə gətirib çıxaracaq”. YAP sədrinin digər müavini Murtuz Ələsgərov isə tədbirdə 15 iyun - Qurtuluş Günü ilə bağlı məruzə ilə çıxış edib. O, Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı toplantı iştirakçılarına geniş məlumat verib. Natiq YAP-ın yaranması, H. Əliyevin partiyaya rəhbərlik etməsi, onun hakimiyyətdə olduğu müddətdə həyata keçirdiyi tədbirlər barədə geniş danışıb. Toplantıda Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Dağlıq Qarabağ problemi və Heydər Əliyevin problemin həlli ilə bağlı apardığı siyasət ətrafında məruzə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR