Bank Of Baku

Sərdar Cəlaloğlu: “ADP ilə iqtidar arasında baş tutacaq dialoq eksprement xarakteri daşıyır”

Sərdar Cəlaloğlu: “ADP ilə iqtidar arasında baş tutacaq dialoq eksprement xarakteri daşıyır”
# 13 iyun 2007 12:34 (UTC +04:00)
“ADP ilə iqtidar arasında baş tutacaq dialoq eksprement xarakteri daşıyır. Bu eksperimentin uğurundan gələcəkdə bütünlükdə iqtidar-müxalifət dialoqunun taleyi asılıdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. ADP-nin iqtidara dialoqla bağlı müraciətindən uzun müddət keçməsinə baxmayaraq, S. Cəlaloğlu bu müddətdə partiyaya heç bir rəsmi cavab verilmədiyini qeyd edib: “Amma hökumət üzvləri dəfələrlə bildiriblər ki, dialoqa hazırdırlar. Bunu prezident də, Əli Həsənov da, ayrı-ayrı YAP funksionerləri də dilə gətiriblər”. ADP-nin İdarə Heyətində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiya hazırlanacağını bildirən S. Cəlaloğlu bu sənədi iqtidara təqdim edəcəklərini qeyd edib: “Biz Dağlıq Qarabağ müzakirələri ilə dialoqun başlanmasını təklif edirik. Ona görə də burada tələsmək səhv olardı. Hesab edirik ki, bu eksperimentin müvəffəqiyyətlə başa vursaq, artıq Azərbaycanda heç bir tərəf digər tərəfə şübhə ilə yanaşmayacaq, qarşılıqlı etimad yaranacaq. Bu da bütünlükdə prosesin gələcəyi üçün yaxşı perspektiv açır”. Beynəlxalq təşkiltların da Azərbaycandakı siyasi qüvvələri dialoqa çağırdığını bildirən S. Cəlaloğlu bildirib ki, beynəlxalq qurumların təhriki ilə keçirilən görüşlərin nəticəsi olmur: “Azərbaycanın siyasi qüvvələri özlərində dəyanət tapıb müstəqil olaraq dialoqa başlasalar, bu daha çox milli maraqlara xidmət edər, nəinki kiminsə tapşırığı altında keçirilən dialoqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR