Bank Of Baku

Səməd Seyidov: “Avropa Şurasının regiona göndərəcəyi missiya məsələləri balanslaşdırılmış və obyektiv öyrənməlidir”

Səməd Seyidov: “Avropa Şurasının regiona göndərəcəyi missiya məsələləri balanslaşdırılmış və obyektiv öyrənməlidir”
# 13 iyun 2007 12:50 (UTC +04:00)
Ancaq bütün müzakirə olunan məsələlər, xüsusilə millətlərarası və dinlərarası münasibətlərlə bağlı müzakirələrdə Azərbaycanda Avropaya göstəriləsi və nümunə olunası məsələlər çoxdur. Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Bu ay Azərbaycanın GUAM-da sədrliyə başlayacağını xatırladan S. Seyidov quruma üzv dövlətlərin parlamentlərinin AŞ PA-dakı nümayəndə heyətlərinin birgə fəaliyyət göstərdiyini, artıq birgə təşəbbüslə bir neçə sənəd də imzaladıqlarını bildirib. O, iyun sessiyasında da bu fəaliyyətin davam edəcəyini söyləyib.
AŞ PA-nın iyun sessiyasının Azərbaycan üçün çox əhəmiyyətli olacağını söyləyən S. Seyidov toplantı çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitənin iclasının keçiriləcəyi ilə bağlı sualı da cavablandırıb: “Aprel sessiyasında alt komitə erməni tərəfinin iştirakı olmadan toplaşdı, ona görə də hansısa konkret məsələ müzakirə edilmədi. Biz iyun sessiyasında danışıqlar aparmağa hazırıq, biz heç vaxt heç bir danışıqdan, Qarabağla bağlı müzakirədən çəkinməmişik. Ancaq hadisələr göstərir ki, Ermənistanın mövqeyi konstruktivlikdən uzaqdır. Nümayəndə heyətinin rəhbəri kimi deyə bilərəm ki, sessiyada alt komitənin iclasında iştirak etməyə hazırıq, o ki qaldı Ermənistan tərəfinə, bu, onların öz işidir”.
“Dağlıq Qarabağ və ətraf rayonlarda mədəni abidələrin monitorinqini keçirmək üçün AŞ PA-nın xüsusi komissiyasının regiona səfərinin yubanmasının səbəbini Avropa Şurası baş katibi Terri Devis Azərbaycan və Ermənistan hökumətlərinin missiyanın həyata keçirilməsi üçün hələ ki razılıq verməməsi ilə əsaslandırıb. Buna münasibətiniz necədir?” sualına cavabında S. Seyidov “belə bir monitorinq olacaqsa, bunun hər üç respublikada, xüsusilə Ermənistan və Azərbaycanda keçirilməsi ilə bağlı ümumi qərar və razılıq olmalıdır. Biz heç vaxt heç nəyə etiraz etmirik, ancaq bu hadisə göstərir ki, bəzi məsələlərdə çox paradoksal vəziyyətlə rastlaşırıq. Çünki Ermənistan o qədər də bu məsələlərə hazır deyil, çünki onlar bilirlər ki, Dağlıq Qarabağda nə qədər abidə dağıdılıb. Belə bir yoxlama olsa, çox şeyi üzə çıxaracaq” deyib. Deputat onu da əlavə edib ki, bu missiyanın göndərilməsi daha çox Avropa Şurasının işidir: “Biz müsbət fikrimizi hər bir missiya ilə bağlı vermişik, ancaq missiya məsələləri balanslaşdırılmış və obyektiv şəkildə öyrənməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR