Bank Of Baku

Ziyafət Əsgərov: “Qəbələ RLS-in birgə istifadəsi Rusiya ilə Amerika arasındakı gərginliyi səngidəcək”

Ziyafət Əsgərov: “Qəbələ RLS-in birgə istifadəsi Rusiya ilə Amerika arasındakı gərginliyi səngidəcək”
# 13 iyun 2007 13:00 (UTC +04:00)
Qəbələ Radiolokasiya Stansiyasından (RLS) ABŞ və Rusiyanın birgə istifadəsi reallaşarsa, bu, Azərbaycanla İran arasında münasibətlərə xələl gətirməyəcək. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, millət vəkili Ziyafət Əsgərov bildirib. Sədr müavininin sözlərinə görə, Qəbələ RLS Azərbaycanın müstəsna mülkiyyəti sayılır və buna görə də stansiya ilə bağlı qərarlar Azərbaycanın razılığı olmadan çıxarıla bilməz. Z.Əsgərov Qəbələ RLS-in birgə istifadəsinin təhlükəsizlik baxımından regionda sabitliyin təmin olunmasına müsbət təsir göstərəcəyini bildirib: “Rusiya ilə Amerika arasında gərginlik mövcuddur. Stansiyanın birgə istifadəsi ilə iki ölkə arasında gərginlik müəyyən dərəcədə səngiyəcəksə, bu, Azərbaycanın qlobal təhlükəsizliyə verəcəyi töhfə ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR