Bank Of Baku

Cənubi Qafqaz Parlamenti Təşəbbüs Qrupunun növbəti toplantısı gələn ay Londonda keçiriləcək

Cənubi Qafqaz Parlamenti Təşəbbüs Qrupunun növbəti toplantısı gələn ay Londonda keçiriləcək
# 13 iyun 2007 13:04 (UTC +04:00)
Cənubi Qafqaz Parlamenti Təşəbbüs Qrupunun növbəti toplantısının gələn ay Londonda keçirilməsi nəzərdə tutulub. APA-nın məlumatına görə, bunu millət vəkili, Təşəbbüs Qrupunun üzvü Siyavuş Novruzov bildirib. Bir il müddətində Cənubi Qafqaz Parlamentinin toplantılarının keçirilmədiyini deyən S. Novruzov bunun Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı olduğunu vurğulayıb: “Artıq Ermənistanda seçkilər başa çatıb. Təşəbbüs Qrupunda yeni mandat almış deputatlar olacağı üçün bu, yeni tərkib hesab olunacaq. Ona görə də gündəlikdə duran birinci məsələ prezidiumun müəyyənləşməsidir. Bundan sonra toplantıda müzakirə ediləcək digər məsələlər müəyyən olunacaq”. S. Novruzov onu da qeyd edib ki, son bir ildə qurum fəaliyyət göstərmədiyi üçün Azərbaycanın sədrlik müddəti də uzadılacaq: “Çünki bir il fəaliyyət olmadığı üçün bu müddətdə olan sədrlik müddəti hesablanmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR