Bank Of Baku

Özünü MTN əməkdaşı kimi təqdim edib bir nəfərdən 5 milyon dollar pul tələb edən şəxs yaxalanıb

Özünü MTN əməkdaşı kimi təqdim edib bir nəfərdən 5 milyon dollar pul tələb edən şəxs yaxalanıb
# 13 iyun 2007 13:08 (UTC +04:00)
Bu barədə APA-ya MTN ictimai əlaqələr mərkəzindən məlumat verilib. Məlumata görə, bu günlərdə Azərbaycan vətəndaşı olan bir nəfər (öz xahişi ilə adı və soyadı göstərilmir) özünü MTN əməkdaşı kimi təqdim edən Alim Mahmudov adlı şəxsin ondan hədə-qorxu və şantaj yolu ilə 5 milyon ABŞ dolları istəməsi barədə MTN-ə müraciət edib. Məlum olub ki, Asif İsmayılov digərləri ilə cinayət əlaqəsinə girərək göstərilən saxta adla həmin şəxsə onun guya cinayət məsuliyyətinə cəlb olunması üçün əlində tutarlı faktların olduğunu söyləyib və həmin sənədlər əsasında vətəndaşa 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı ilə hədə-qorxu gəlib. Asif İsmayılov onun həbs olunması üçün guya artıq əməliyyat qrupunun hazır vəziyyətdə yaxınlıqda gözlədiyini, sonuncunun razılaşdığı təqdirdə bu sənədlərin 5 milyon ABŞ dolları müqabilində məhv ediləcəyinin və həmin vətəndaşı məsuliyyətdən yayındırmağın mümkünlüyünü bildirib. Şantaj edildiyini başa düşən vətəndaş əlavə vaxt udub Asif İsmayılovu ifşa etmək məqsədilə ona 4 milyon ABŞ dolları verməyi vəd edib və bunun üçün möhlət istəyib. Asif İsmayılov da bu şərtlə və məbləğlə razılaşıb. Bundan sonra vətəndaş MTN-ə müraciət edərək göstərilən hallar barədə məlumat verib. Vətəndaşın ərizəsi əsasında Asif İsmayılovun hüquqazidd əməlləri nəzarətə götürülüb, onun ifşa olunması və yaxalanması üzrə xüsusi əməliyyat planı hazırlanıb. 2007-ci il mayın 29-da Asif İsmayılov Bakı şəhərində həmin vətəndaşdan yuxarıda qeyd olunan məbləğdə hazırlandığını güman etdiyi pulu qəbul edərkən cinayət başında yaxalanıb. Fakt üzrə Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə), 310-cu (özbaşına olaraq vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. Asif İsmayılovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunur. Bununla əlaqədar, onun hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan MTN-ə və ərazi orqanlarına müraciət etmələri xahiş olunur (əlaqə telefonu: 405-99-99). /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR