Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyənlərin cəhdləri nəticə verə bilməz”

Səməd Seyidov: “Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyənlərin cəhdləri nəticə verə bilməz”
# 13 iyun 2007 13:53 (UTC +04:00)
“Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm, konstruktiv və strateji əməkdaşlıq səviyyəsində olan münasibətlərdir. Kimsə nə vaxtsa harasa müraciət edirsə, bunu Gürcüstanın mövqeyi kimi təqdim etmək lazım deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Gürcüstan Əmək Partiyasının Azərbaycanda yaşayan gürcülərin vəziyyətini araşdırmaq üçün xüsusi komissiya yaradılması xahişi ilə Avropa Şurasına müraciət etməsinə münasibət bildirən S. Seyidov Azərbaycanla bağlı da AŞ-yə yüzlərlə müxtəlif məzmunlu müraciətlər göndərildiyini deyib: “Məgər onlar hamısı həqiqətə uyğundur? Müraciət və dövlətin mövqeyi bir-birindən fərqli məsələlərdir. Kim hansı müraciətlə çıxış edirsə, bu, onun şəxsi işidir. Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək fikrini daşıyanlar da var, ancaq bu münasibətlər çox möhkəmdir, onların tarixi, mədəni, iqtisadi əsasları var. Ona görə də bu cəhdlər müsbət nəticə verə və münasibətlərimizə xələl gətirə bilməz”. S. Seyidov AŞPA-da fəaliyyət göstərən Gürcüstan nümayəndə heyəti ilə həmişə əməkdaşlıq etdiklərini və bundan sonra da edəcəklərini söyləyib: “Biz bir-birimizi çox yüksək səviyyədə dəstəkləyirik. Birgə təşəbbüslərlə çıxış edirik və bu istiqamətdə görəcəyimiz işlər çoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR