Bank Of Baku

Şəkidə Qurtuluş günü qeyd olunur

Şəkidə Qurtuluş günü qeyd olunur
# 13 iyun 2007 14:25 (UTC +04:00)
Bu gün Şəkidə 15 İyun - Qurtuluş günü qeyd olunur. Şəki Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, tədbirdə RİH aparatının, müvafiq idarə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları RİH binasının qarşısında Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra rayon konfransı keçirilib. Konfrans öz işinə dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra konfrans iştirakçıları H. Əliyevin yaradıcılığı barədə filmə baxıb. Şəki RİH başçısı Nazim İbrahimov “Qurtuluşumuz sabahımızdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Qurtuluş gününə həsr olunmuş tədbir axşam saatlarında bayram konserti ilə davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR