Bank Of Baku

Kvemo Kartli qubernatoru Zurab Melikişvili: “Rəhbərlik etdiyim regionda həllini tapmamış çox az problem qalıb”

Kvemo Kartli qubernatoru Zurab Melikişvili: “Rəhbərlik etdiyim regionda həllini tapmamış çox az problem qalıb”
# 13 iyun 2007 14:41 (UTC +04:00)
O, APA-nın Gürcüstan bürosuna açıqlamasında əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Kvemo Kartlidə bu vaxta qədər torpaq probleminin 80%-nin həll olunduğunu deyib: “Torpaqlar azərbaycanlılar arasında bərabər paylanılıb. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni layihələr həyata keçirilir”. Marneuli rayonunda böyük konserv zavodu tikildiyini söyləyən qubernator bu müəssisədə əhalidən alınan kənd təsərrüfatı məhsullarının emal edilib, məhsul istehsal olunacağını açıqlayıb. Z. Melikişvilinin sözlərinə görə, bu yaxınlarda Dmanisi rayonunda yeni süd zavodu inşa ediləcək. O, bölgədə mərkəzi yolların yenidən qurulmasına başlandığını da qeyd edib. Z. Melikişvili hazırda Qardabani rayonunda mərkəzi yolun yenidən inşa edildiyini və bunun üçün yerli büdcədən 5 milyon lari (3 milyon ABŞ dolları) ayrıldığını bildirib: “Qardabanidə çəkiləcək yolun uzunluğu 18 km-dir və bu yol Rustavi şəhərindən Azərbaycan sərhədinə qədər olan məsafəni əhatə edəcək. Rayon mərkəzi, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Kosalı, Nəzərli və Vaxtangisi kəndləri bu yolun ətrafındadır. Marneuli rayonunda da 3 istiqamətdə yollar yenidən inşa edilir. Artıq Marneulidən Bolnisi rayonuna qədər olan 16 kilometrlik avtomobil yolunun yenidən çəkilməsinə başlanılıb”. Z. Melikişvili gələn il Bolnisidən Dmanisi rayonuna qədər olan magistral yolun yenidən inşa ediləcəyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR