Bank Of Baku

YAP Balakən rayon təşkilatının Qadınlar Birliyinin I konfransı keçirilib

YAP Balakən rayon təşkilatının Qadınlar Birliyinin I konfransı keçirilib
# 13 iyun 2007 14:43 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının Qadınlar Birliyinin I konfransı keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna YAP Balakən rayon təşkilatından məlumat verilib. Konfransda YAP Balakən rayon təşkilatının Qadınlar Birliyinin üzvləri, Balakən RİH aparatının, müvafiq idarə və təşkilat nümayəndələri iştirak edib. Konfransda Qadınlar Birliyinin sədri Ruqiyyə Seyidova (hesabat məruzəsi ilə) və mandat komissiyasının sədri Sevda Yunusova çıxış ediblər. Daha sonra təşkilati məsələlərə baxılıb və R. Seyidova yenidən YAP Balakən rayon təşkilatının Qadınlar Birliyinin sədri seçilib. Konfransın sonunda Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan müraciət qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR