Bank Of Baku

ADP-çi Müasir Müsavat Partiyasının sıralarına keçib

ADP-çi Müasir Müsavat Partiyasının sıralarına keçib
# 13 iyun 2007 15:07 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin və Salyan rayon təşkilatının üzvü Vidadi Bayramov partiyanın sıralarını tərk edərək, Müasir Müsavat Partiyasına keçib. Müasir Müsavat Partiyasından APA-ya daxil olan məlumata görə, onun ADP-ni tərk etməsinin səbəbi qurumdaxili özbaşınalıqdır. Yeni müasir müsavatçı keçmiş partiyasını fəaliyyətsizlikdə də ittiham edib, onunla yanaşı Salyan rayon təşkilatının digər üzvlərinin də ADP-nin sıralarını tərk edəcəyini söyləyib. ADP sədri Sərdar Cəlaloğlu isə V. Bayramovun addımını təbii hesab edib: “Artıq neçə müddətdir Kİ, Vidadi Bayramov partiyanın yeni siyasi kursu ilə razılaşmırdı. Bu səbəbdən də biz ona partiyanın sıralarını tərk etməsi ilə bağlı təklif etmişdik. Hesab edirik ki, azlıq çoxluğa tabe olmalıdır və partiyanın yeni siyasi xətti ADP-nin əksəriyyətinin istəyi ilə seçilib. Bu baxımdan onun ADP-ni tərk etməsi anlaşılandır. Amma onun Müasir Müsavat partiyasına keçməsi bir qədər qəribə oldu”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR