Bank Of Baku

Türkiyəli araşdırmaçı Hüseyn Adıgüzelin Heydər Əliyevə həsr olunmuş “Zirve” kitabının təqdimat mərasimi keçirilib

Türkiyəli araşdırmaçı Hüseyn Adıgüzelin Heydər Əliyevə həsr olunmuş “Zirve” kitabının təqdimat mərasimi keçirilib
# 13 iyun 2007 16:00 (UTC +04:00)
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Onun sözlərinə görə, H. Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib və bir sıra beynəlxalq layihələr həyata keçirilib. Millət vəkili Nizami Xudiyev isə tədbir iştirakçılarına kitab haqqında məlumat verib. O, kitabda H. Əliyevin uşaqlıq dövründən prezident olduğu dövrə qədərki həyatı ilə bağlı geniş bilgilərin yer aldığını qeyd edib. Keçmiş millət vəkili Şahlar Əsgərov və digər natiqlər də H. Əliyevin keçdiyi siyasi həyat yolu ilə fikirlərini söyləyiblər. Müəllif H. Adıgüzel kitabı hazırlamaq üçün uzun müddət araşdırmalar apardığını, H. Əliyevlə bağlı arxivlərdə məlumat topladığını bildirib.
Qeyd edək ki, kitab millət vəkili Mübariz Qurbanlının redaktorluğu, YAP sədrinin müavini Əli Əhmədovun rəyi ilə Türkiyədə böyük tirajla nəşr olunub. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR