Bank Of Baku

Venesiya Komissiyası “Azadlıq” blokunun təkliflərinə cavab verib

Venesiya Komissiyası “Azadlıq” blokunun təkliflərinə cavab verib
# 13 iyun 2007 15:54 (UTC +04:00)
“Azadlıq” blokunun Avropa Şurasının Venesiya Komissiyasına göndərdiyi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə cavab gəlib. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Venesiya Komissiyasının baş katibi Covanni Bukikkio blokdan daxil olan sənədin artıq Venesiya Komissiyasının ekspertlərinə və ATƏT-dəki müttəfiqlərinə çatdırdıqlarını bildirib. O, təkliflərdən Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı keçiriləcək müzakirələrdə istifadə olunacağına əmin olduğunu bildirib. “Venesiya Komissiyası, ATƏT və İFES 2007-ci ilin payızının əvvəllərində Azərbaycanda Seçki Məcəlləsi ilə bağlı müxtəlif fikirli insanların müzakirələrini təşkil edəcək. Biz ümid edirik ki, hakimiyyət nümayəndələri və müxtəlif siyasi qüvvələrin təmsilçiləri, o cümlədən ictimaiyyət nümayəndələri də Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrdə məhsuldar iştirak edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR