Bank Of Baku

Ədliyyə naziri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisini qəbul edib

Ədliyyə naziri Fikrət Məmmədov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisini qəbul edib
# 13 iyun 2007 16:16 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədov bu gün BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza ilə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fikrət Məmmədov Azərbaycanla BMT arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti, ədliyyə orqanlarının inkişafı barədə danışıb. Nazir ölkədə insan haqlarının qorunması, bu sahədə məhkəmələrin rolu, demokratik təsisatların yaradılması barədə görülən işlər barədə BMT nümayəndəsinə məlumat verib. Bruno Pueza Azərbaycanda həyata keçirilən mütərəqqi islahatları dəstəklədiyini bildirib, Azərbaycanla BMT arasında əməkdaşlığın davam etdirilməsi üzrə konkret təkliflərlə çıxış edib. Qonaq nazirlikdə yaradılan Ədliyyə Tarixi Muzeyi ilə tanış olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR