Bank Of Baku

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti növbəti iclasla bağlı qətnamə layihəsi hazırlayır

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti növbəti iclasla bağlı qətnamə layihəsi hazırlayır
# 14 iyun 2007 09:33 (UTC +04:00)
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti növbəti iclasla bağlı qətnamə layihəsi hazırlayır. APA-nın məlumatına görə, nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib ki, iyulun 3-9-da Kiyevdə keçiriləcək iclasda qəbul olunacaq qətnamə layihəsi onlara təqdim olunub. Millət vəkili hazırda layihə üzərində iş aparıldığını bildirib: “Qətnamə ilə bağlı bizim bir sıra təkliflərimiz var. Təbii ki, onların içərisində Qarabağla bağlı məsələ də olacaq. Təklifləri təqdim etmək üçün iki ən azı iki ölkənin deputatları onu imzalamalıdır. Bizim fikrimiz odur ki, sənəd hazırlanan kimi Türkiyə və Gürcüstan deputatlarına təqdim edək. Onlar bu layihəni bəyənib imzalasalar, ATƏT PA-ya təqdim edəcəyik”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR