Bank Of Baku

Eldar İbrahimov: “Azərbaycanda qarışıq seçki sisteminin bərpa olunmasına ehtiyac var”

Eldar İbrahimov: “Azərbaycanda qarışıq seçki sisteminin bərpa olunmasına ehtiyac var”
# 14 iyun 2007 09:36 (UTC +04:00)
“Azərbaycanda qarışıq seçki sisteminin bərpa olunmasına ehtiyac var. Ola bilsin ki, gələcəkdə bu sisteminin tətbiqi məsələsinə yenidən baxılacaq”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri, millət vəkili Eldar İbrahimov bildirib. Hələlik bu təklifin nə zaman reallaşa biləcəyi haqda danışmağı tez hesab edən millət vəkili əvvəldən qarışıq sistemin tətbiqinə tərəfdar olduğunu qeyd edib: “Amma bunun bərpa edilib-edilməyəcəyini zaman göstərəcək. Qonşu ölkələrin hamısında proporsional və majoritar seçki sistemi mövcuddur”. E. İbrahimov həmçinin millət vəkillərinin sayının artırılması təklifini də irəli sürüb: “Hər rayonun heç olmasa, bir deputatının olmasına ehtiyac var. Bəzən iki xırda rayona bir deputat seçilir. Bu baxımdan mən də fikrimi bununla əsaslandırıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR