Bank Of Baku

YAP-ın Qobustan rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib

YAP-ın Qobustan rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib
# 14 iyun 2007 09:47 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Qobustan rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon təşkilatının sədri Füzuli Güləliyev mərasimdə çıxış edərək, qısa müddət ərzində tikilən qərargahın fəaliyyət üçün bütün standartlara cavab verdiyini bildirib. YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov açılış mərasimində çıxış edərək 15 İyun - Qurtuluş Günü ərəfəsində qərargahın Qobustan YAP-çıları üçün böyük töhfə olduğunu deyib: “Azərbaycanın inkişafı naminə görülən bütün işlərdə YAP da fəal iştirak edir. Prezidentin məqsədi odur ki, Azərbaycan zəngin bir ölkəyə çevrilsin və xalqımız daha da yaxşı yaşasın”. Sonda Ə. Əhmədov YAP sıralarına yeni qoşulan şəxslərə partiya vəsiqələrini təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR