Bank Of Baku

NATO müdafiə nazirlərinin toplantısında Qəbələ RLS-lə bağlı məsələ müzakirə olunacaq

NATO müdafiə nazirlərinin toplantısında Qəbələ RLS-lə bağlı məsələ müzakirə olunacaq
# 14 iyun 2007 10:49 (UTC +04:00)
Bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin növbəti yığıncağı keçiriləcək. APA-nın NATO-nun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, toplantıda ABŞ-ın qurmağı planlaşdırdığı raketdən müdafiə bazalarının alyansın müdafiə gücünə daxil edilməsi və Rusiyanın Azərbaycandakı Qəbələ radiolokasiya stansiyasından birgə istifadə barədə təklifi də müzakirə ediləcək. NATO ölkələrinin diplomatları bildiriblər ki, müdafiə nazirləri ittifaqın özünün raketdən müdafiə sistemini yaratmaq istəyirlər. Bu, ABŞ-ın raketdən müdafiə sisteminə uyğunlaşdırılmalı və bütün alyans ölkələrini uzun və qısa mənzilli raketlərdən müdafiə etməlidir. Hərbi-siyasi blokun müdafiə siyasəti üzrə katibinin müavini Con Kolston Vladimir Putinin və Rusiyanın konfrontasiya ritorikasından əməkdaşlıq ritorikasına keçməsindən şad olduqlarını bildirib. Onun sözlərinə görə, bu gün Rusiyanın müdafiə naziri Anatoli Serdyukov V. Putinin təklifinin detalları barədə iştirakçılara məlumat verəcək. C. Kolstonun fikrincə, Azərbaycandakı radar stansiyasının ABŞ-ın Mərkəzi Avropada qurmağı planlaşdırdığı sistemləri əvəz edə biləcəyini söyləmək hələ tezdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR