Bank Of Baku

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair dövlət komissiyasının 13-cü iclası iyulun 11-13-də Mahaçqalada keçiriləcək

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair dövlət komissiyasının 13-cü iclası iyulun 11-13-də Mahaçqalada keçiriləcək
# 14 iyun 2007 10:59 (UTC +04:00)
Bu barədə APA-ya komissiyanın həmsədri, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko məlumat verib. Onun sözlərinə görə, toplantıda komissiyanın Bakıda keçirilmiş 12-ci iclasından yarımçıq qalmış məsələlər müzakirə olunacaq. Qeyd edək ki, dövlət komissiyasına Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov sədrlik edir. Sərhədlərin delimitasiyasına dair Azərbaycan və Rusiya işçi qruplarının növbəti görüşü isə 4-5 iyulda Dərbənddə keçiriləcək. Ekspertlər Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair dövlət komissiyasının 13-cü iclasına dair materialları hazırlayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR