Bank Of Baku

GUAM-ın Bakı sammitinə 23 ölkə və 8 beynəlxalq təşkilatdan yüksək vəzifəli nümayəndələr qatılacaq

GUAM-ın Bakı sammitinə 23 ölkə və 8 beynəlxalq təşkilatdan yüksək vəzifəli nümayəndələr qatılacaq
# 14 iyun 2007 11:23 (UTC +04:00)
APA-nın məlumatına görə, toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Moldovanın baş naziri Vasili Tarlev iştirak edəcəklər. Sammitdə qonaq qismində Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Rumıniya prezidenti Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, ABŞ dövlət katibinin müavini, Yaponiyanın xarici işlər nazirinin müavini Yabunaka, Latviyanın iqtisadiyyat naziri Yuri Strods, Estoniya parlamentinin vitse-spikeri xanım Kristina Oyuland, Avstriya Xarici İşlər Nazirliyinin baş katibi, xanım Yoxannesa Kirle, Çin, Koreya, Qazaxıstan, Almaniya, Türkmənistan, Türkiyə, Slovakiya, Portuqaliya, Yunanıstan, İtaliya təmsilçiləri iştirak edəcəklər. Sammitə Avropa Komissiyası, ATƏT, Avropa Şurası, BMT, İKT, NATO, QDİƏT, YUNESKO kimi beynəlxalq təşkilatlar da dəvət olunub. APA-nın məlumatına görə, QDİƏT baş katibinin müavini Altay Əfəndiyev də sammitdə iştirak edəcək. Sammit çərçivəsində “GUAM-ABŞ” və “GUAM-Yaponiya” görüşləri də nəzərdə tutulub. Sammitdən öncə Bakıda iyunun 16-17-də GUAM Milli Koordinatorlar Şurasının, iyunun 18-də isə quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasları keçiriləcək. GUAM-ın II sammitində sədrlik Ukraynadan Azərbaycana keçəcək. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR