Bank Of Baku

“Vətənpərvərlik dünən, bu gün və sabah. Bunun üçün nə edilir?” mövzusunda dəyirmi masa keçirilib

“Vətənpərvərlik dünən, bu gün və sabah. Bunun üçün nə edilir?” mövzusunda dəyirmi masa keçirilib
# 14 iyun 2007 11:24 (UTC +04:00)
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Vətənpərvərlik dünən, bu gün və sabah. Bunun üçün nə edilir?” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bu sahədə ciddi problemlərin olduğunu deyib. İ. Yaqubova bildirib ki, apardıqları araşdırma nəticəsində Azərbaycanın 209 Milli Qəhrəmanının olduğunu müəyyənləşdirilib. Onlardan yalnız ikisi qadındır. Qadın Milli Qəhrəmanların adının əbədiləşdirilməsi sahəsində görülən işlərlə bağlı monitorinq apardıqlarını diqqətə çatdıran İ. Yaqubova acınacaqlı vəziyyətin şahidi olduqlarını söyləyib: “Bunlardan biri Salatın Əsgərova, digəri isə Gültəkin Əsgərovadır. Gültəkin Əsgərova ixtisasca tibb bacısı olub, könüllü olaraq cəbhəyə yola düşüb və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu gün onun büstü və abidənin yerləşdiyi Atatürk prospekti-79 ünvanında yerləşən park bərbad vəziyyətdədir”. İ. Yaqubova bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini qeyd edib. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri Mehriban Vəzir isə siyasi partiyaları və QHT-ləri vətənpərvərlik sahəsində fəaliyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, siyasi qurumlar öz nəzarətlərində olan mətbuat vasitələrində vətənpərvərliyin təbliğinə çox yer verməlidir. Toplantıda digər çıxış edənlər də ölkədə vətənpərvərlik təbliğatının gücləndirilməsinin vacibliyini vurğulayıblar. Parkın yerləşdiyi Nərimanov Rayon İcra Hakimiyyətindən isə APA-ya yaxın vaxtlarda ərazinin abadlaşdırılmasına başlanılacağı bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR