Bank Of Baku

Azərbaycan ATƏT-in təhlükəsizliyin icmalı ilə bağlı illik konfransında iştirak edəcək

Azərbaycan ATƏT-in təhlükəsizliyin icmalı ilə bağlı illik konfransında iştirak edəcək
# 14 iyun 2007 11:54 (UTC +04:00)
İyunun 19-20-də ATƏT-in Vyanadakı baş ofisində ATƏT-in təhlükəsizliyin icmalı ilə bağlı illik konfransı keçiriləcək. APA-nın xəbərinə görə, konfransda bütün ATƏT ölkələrinin təmsilçiləri iştirak edəcək. Azərbaycandan toplantıya bir sıra nazirliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatılacağı gözlənilir. Konfrans çərçivəsində üç işçi sessiya olacaq: “XXI əsrdə təhlükəsizlik və sabitliyə qarşı təhdidlərə ATƏT-in cavab strategiyaları”, “Təhlükəsizliyin hərbi-siyasi aspektlərində çətinliklər”, “İlkin xəbərdarlıq, münaqişənin önlənməsi, münaqişə rejimində və münaqişədən sonrakı reabilitasiya arasında əlaqə”.
Qeyd edək ki, təhlükəsizliyin icmalına dair illik konfransların keçirilməsi ATƏT Nazirlər Kabineti tərəfindən 2002-ci ildə qərarlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR