Bank Of Baku

Sabah Sankt-Peterburqda MDB Daxili İşlər Nazirləri Şurasının növbədənkənar toplantısı keçiriləcək

Sabah Sankt-Peterburqda MDB Daxili İşlər Nazirləri Şurasının növbədənkənar toplantısı keçiriləcək
# 14 iyun 2007 12:32 (UTC +04:00)
İyunun 15-16-da Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbədənkənar toplantısı keçiriləcək. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycanın daxili işlər naziri Ramil Usubovun da iştirak edəcəyi görüşdə qeyri-qanuni miqrasiyanın qarşısının alınması məsələləri müzakirə olunacaq. Toplantıda MDB ölkələrinin daxili işlər orqanlarının qeyri-qanuni miqrasiyanın qarşısını almaq sahəsində fəaliyyəti, bu sahədə idarələrarası əlaqələrin effektivliyini artırmaq üçün konkret addımların atılması barədə fikir mübadiləsi aparılacaq. Sabah başlanacaq görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukraynanın daxili işlər nazirləri və MDB İcra Komitəsinin təmsilçiləri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR