Bank Of Baku

Bolqar ekspert hesab edir ki, Qəbələ RLS-lə bağlı təklif qarşıdurmanın azalmasına gətirib çıxara bilər

Bolqar ekspert hesab edir ki, Qəbələ RLS-lə bağlı təklif qarşıdurmanın azalmasına gətirib çıxara bilər
# 14 iyun 2007 12:53 (UTC +04:00)
“Rusiya prezidenti Vladimir Putinin Qəbələ RLS-in ABŞ-la birgə istifadəsinə dair təklifi qarşıdurmanın azalmasına gətirib çıxara bilər”. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, bu açıqlamanı Bolqarıstan müdafiə nazirinin keçmiş müavini, hərbi ekspert, Corc Marşal Hərəkatının sədri Velizar Şalamanov verib. O bildirib ki, əməkdaşlığın raketdən birgə müdafiə sistemi, yoxsa müəyyən risklərdən birgə müdafiədən ibarət olacağının dəqiqləşdirilməsinə ehtiyac var: “Bu, heç də o demək deyil ki, ABŞ öz raket əleyhinə sistemlərini təsis etməyəcək və NATO alyansa daxil olan hər bir ölkənin raketdən müdafiəsinin qeydinə qalmamalıdır”. Ekspertin sözlərinə görə, avroatlantik məkanda yaşayan insanların təhlükəsizliyi məsələsi ön planda saxlanılmaıldır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR