Bank Of Baku

Gürcüstandan Azərbaycandan keçərək Rusiyaya göndərilən daha bir hərbi eşelon yola salınıb

Gürcüstandan Azərbaycandan keçərək Rusiyaya göndərilən daha bir hərbi eşelon yola salınıb
# 14 iyun 2007 13:05 (UTC +04:00)
Batumidə yerləşən 12-ci hərbi bazadan texnika və silah-sursat yüklənmiş növbəti eşelon bu gün Rusiyaya yola salınıb. APA-nın məlumatına görə, Azərbaycandan keçərək Rusiyaya yola salınacaq eşelona 35 vaqon və platforma daxildir. Eşelona ümumi çəkisi 900 ton olan 51 avtomobil, zirehli texnika, silah və sursat yüklənib. Eşelonu Rusiya hərbçiləri ilə yanaşı Azərbaycan Dövlət Dəmir Yolunun hərbiləşdirilmiş mühafizə dəstəsi və Daxili Qoşunların “Şahin” xüsusi təyinatlı taborunun hərbçiləri müşayiət edirlər. Bu gün axşam saatlarında Azərbaycan ərazisinə daxil olacaq eşelon sabah Yalam stansiyasında Rusiyaya təhvil veriləcək. Qeyd edək ki, Gürcüstanla Rusiya arasında əldə olunan razılaşmaya əsasən, Batumidəki 12-ci hərbi baza 2008-ci il ərzində tam boşaldılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR