Bank Of Baku

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edib

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyi ilə bağlı məhkəməyə müraciət edib
# 14 iyun 2007 13:24 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyi ilə bağlı bu gün Yasamal Rayon Məhkəməsinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabah partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı nazirliyə etdiyi müraciətin bir ili tamam olur. Bir il müddətində ƏN-in müraciətə heç bir rəsmi cavab vermədiyini bildirən VİP buna görə də problemin məhkəmə yolu ilə həll etmək niyyətindədir. Məhkəməyə edilmiş müraciətdə ƏN-in hərəkətsizliyinin hüquq pozuntusu olduğu qeyd edilib və bununla bağlı məhkəmə qətnaməsinin qəbul olunması, partiyanın qeydiyyat probleminin həll edilməsi xahiş olunub. Məhkəmədə partiyanın hüquqlarını vəkil Tofiq Quliyev müdafiə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR