Bank Of Baku

İqtisad Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İqtisad Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
# 14 iyun 2007 13:28 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Heydər Əliyev irsinin öyrənilməsi mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Şəmsəddin Hacıyev 1993-cü ilin 15 iyunundan sonra ölkədə baş verən siyasi-iqtisadi dəyişikliklərdən danışıb. Ş. Hacıyev ötən müddətdə ölkə iqtisadiyyatının böyük templə inkişaf etdiyini bildirib. O, universitetin ölkənin ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilməsində H. Əliyevin rolunun böyük olduğunu qeyd edib. Daha sonra “Qurtuluş” adlı filmin nümayişi olub. Azərbaycanın Müstəqillik Günü münasibətilə elan olunmuş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR