Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müsavat Partiyası ilə münasibətlərimiz pis olmasa da, məsələlərə baxışımız fərqlidir”

Mirmahmud Mirəlioğlu: “Müsavat Partiyası ilə münasibətlərimiz pis olmasa da, məsələlərə baxışımız fərqlidir”
# 14 iyun 2007 13:30 (UTC +04:00)
“Müsavat Partiyası ilə münasibətlərimiz pis olmasa da, məsələlərə baxışımız fərqlidir. Məsələn, Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqedəyik”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, münasibətlərin yaxınlaşmasına heç nə mane olmur. Lakin bütün məsələlər öz həllini qarşılıqlı anlaşma və tərəfdaşlıq yolu ilə tapmalıdır. O, KXCP-nin müxalifət düşərgəsində olan bütün partiyalarla normal münasibət saxlamaq istəyində olduğunu da söyləyib: “Bizim partiya ümummilli və dövləti maraqlarla bağlı məsələlərdə istənilən siyasi qurumla əməkdaşlıq etməyə hazırdır. Demokratiya Uğrunda İttifaq təsis ediləndə də bu məqam önə çəkilib. Bu gün Demokratiya Uğrunda İttifaqa üzv olmaq istəyən 4 partiya da digərləri kimi ittifaqda bərabər hüquqlu olacaq. İstəyirik ki, müxalifət düşərgəsində yaradılan bütün qurumlar bu şəkildə təsis edilsin, partiyalar böyüklüyünə və ya kiçikliyinə görə sadalanmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR