Bank Of Baku

Valeri Çeçelaşvili: “Bakı sammiti ilə GUAM daxilində əməkdaşlığın yeni mərhələsi başlayacaq”

Valeri Çeçelaşvili: “Bakı sammiti ilə GUAM daxilində əməkdaşlığın yeni mərhələsi başlayacaq”
# 14 iyun 2007 15:10 (UTC +04:00)
“GUAM-ın Bakı sammitində sədrliyin Ukraynadan Azərbaycana keçməsi ilə yanaşı, həm də təşkilat daxilində əməkdaşlığın yeni mərhələsi başlayacaq”. APA-nın xəbərinə görə, bu sözləri Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilatın (GUAM) baş katibi Valeri Çeçelaşvili bu gün Kiyevdə GUAM çərçivəsində iqtisadi əməkdaşlığa həsr olunmuş dəyirmi masadakı çıxışında deyib. O bildirib ki, sammitdə GUAM-ın üç sahə üzrə inkişaf strategiyası təsdiqlənəcək. Bunlar iqtisadi, hüquq-mühafizə və mədəni-humanitar sahələrdə əməkdaşlıqla bağlı olacaq. Baş katib sammit çərçivəsində 9 işçi qrupun işləyəcəyini və qurumun təsisçisi olan hər ölkənin 2-3 işçi qrupun işini koordinasiya edəcəyini söyləyib. İşçi qrupların fəaliyyəti nəticəsində çoxtərəfli əməkdaşlığa dair hüquqi bazanın inkişafına dair yeni təkliflər ortaya çıxmalı, regional layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmalıdır. V. Çeçelaşvilinin sözlərinə görə, GUAM-ın inkişafına akademik dairələrin, müxtəlif sahədə çalışan ekspertlərin çox böyük köməyi ola bilər və qurumun Kiyevdə fəaliyyət göstərən katibliyi əməkdaşlığa hər zaman hazırdır. Baş katib sentyabrın 1-dən katibliyin tam gücü ilə fəaliyyətə başlayacağını, yeni ildən isə Müstəqillik Meydanında yerləşən daimi ofisə köçəcəklərini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR