Bank Of Baku

Balakəndə 15 İyun - Qurtuluş günü qeyd olunub

Balakəndə 15 İyun - Qurtuluş günü qeyd olunub
# 14 iyun 2007 15:10 (UTC +04:00)
Bu gün Balakəndə 15 İyun - Qurtuluş günü qeyd olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Tədbir Heydər bağında Heydər Əliyevin büstü önünə gül-çiçək qoymaqla başlayıb. Daha sonra RİH aparatının və müvafiq idarə və təşkilat nümayəndələrinin iştirakı ilə Qurtuluş gününə həsr olunmuş rayon müşavirəsi keçirilib. Müşavirədə Balakən RİH başçısı Asif Məmmədov “Qurtuluş günü - dönüş və inkişafımızın başlanğıcıdır” mövzusunda məruzə ilə müşavirə iştirakçıları qarşısında çıxış edib. Qurtuluş gününə həsr olunmuş tədbir sabah konsert proqramı ilə davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR