Bank Of Baku

Tahir Kərimli: “Pənah Hüseynin bu gün dediklərini mən on il əvvəl demişdim”

Tahir Kərimli: “Pənah Hüseynin bu gün dediklərini mən on il əvvəl demişdim”
# 14 iyun 2007 15:37 (UTC +04:00)
“Qarabağ Forumunun təşkilatçıları hökumətə yaxın olan partiyaları müzakirələrə çağırmamaqla ayrı-seçkiliyə yol verirlər. Bu, müzakirələrin və qəbul oluna biləcək hər hansı qərarın əhəmiyyətini heçə endirir”. Bu sözləri APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T. Kərimli bildirib ki, forumda səslənən fikirlər onun tərəfindən 10 il öncə gündəmə gətirilib, lakin bu gün həmin fikirləri dəstəkləyən müxalifət partiyaları o vaxt onunla razılaşmayıblar: “Konstitusiyada qeyd olunub ki, prezidentin ölkədə hərbi vəziyyət elan edərək siyasi qurumların fəaliyyətini məhdudlaşdırmaq səlahiyyəti var. Pənah Hüseyn də həmin tədbirdə deyir ki, prezident ölkədə hərbi vəziyyət elan etsin və işğal altında olan ərazilərin qaytarılması üçün hərbi əməliyyatlara hazırlıq başlansın. Hamı sakitcə bunu qəbul edir. Mən on il öncə bu fikrimə görə forumda Pənah Hüseynin yanında əyləşən müxalifət partiyalarının rəhbərləri tərəfindən ittiham olunmuşam. Guya Tahir Kərimli iqtidara işləyir. Əslində isə müxalifət bu gün özünün zəif olduğunu anladığından bu fikrin üzərindən sakitcə keçir. Forumda özünü günahsız kimi göstərənlər isə məni daha çox təəccübləndirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR