Bank Of Baku

Ankarada Heydər Əliyev adına parkın açılışı olub

Ankarada Heydər Əliyev adına parkın açılışı olub
# 14 iyun 2007 15:47 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada Heydər Əliyevin adını daşıyan parkın açılışı olub. Parkda Heydər Əliyevin heykəli də ucaldılıb. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun APA-ya verdiyi məlumata görə, tədbirdə Türkiyə Böyük Millət Məclisi sədrinin müavini, millət vəkilləri dövlət nazirləri, bələdiyyə başqanları, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Açılış mərasimində Azərbaycandan baş nazirin müavini Abid Şərifov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, YAP icra katibi Əli Əhmədov, deputatlar Fəttah Heydərov, Eldar İbrahimov və digərləri iştirak ediblər. Bakıdan gedən musiqi kollektivləri və rəqs qrupları konsert proqramı ilə çıxış edib.
Parkda ucaldılmış heykəlin müəllifi heykəltəraş Natiq Əliyevdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR