Bank Of Baku

Professor İbrahim Yıldırım: “Amasya əhalisinin 75 faizi Azərbaycandan köç edən qardaşlarımızdır”

Professor İbrahim Yıldırım: “Amasya əhalisinin 75 faizi Azərbaycandan köç edən qardaşlarımızdır”
# 14 iyun 2007 15:55 (UTC +04:00)
“Amasya bölgəsində yaşayan əhalinin təqribən 75 faizi Azərbaycan mühacirət etmiş insanlardır”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Amasya Araşdırmaları Simpoziumunda “Azərbaycandan Amasyaya daşınan türk mədəniyyəti və şirvanlılar” mövzusunda çıxış edən professor İbrahim Yıldırım verib. Onun sözlərinə görə, Mustafa Kamal Atatürkün Amasyaya gəlişinin ildönümü münasibətilə iyunun 12-də keçirilən simpozium sabah başa çatacaq: “Simpoziumda Türkiyənin hər universitetindən gəlmiş elm adamları çıxış edir. Mənim “Azərbaycandan Amasyaya daşınan türk mədəniyyəti və şirvanlılar” məruzəm geniş diqqət cəlb etdi. Məruzəmin Azərbaycanda çap edilməsi yaxşı olardı. Amasyanın təqribən 75 faizi Azərbaycan kökənli mühacirdir və burada böyük ziyalı toplumu var. Mənim araşdırmalarıma görə, Azərbaycandan Amasyaya ilk mühacirlər 13-cü əsrdə gəliblər. O zaman Pir İlyas Amasi Azərbaycana gedərək Şeyx Sədrəddindən 7 il dərs alıb. Onun müridlərindən olan Seyid Yahya Şirvani də Pir İlyas Amasi ilə birlikdə Amasyaya gəlib. O vaxt Şirvanda təhsil çox yaxşı olub. Orta Asiyadan Şirvana, Şirvandan isə Amasyaya saysız-hesabsız alim və din adamı gəlib. Osmanlının ən parlaq vaxtlarında Amasyada 18 min mədrəsə tələbəsi var idi. Amasya həm də şahzadələr şəhəridir. Osmanlı tarixində 12 şahzadə qubernator olub, onlardan altısı padşahlığa yüksəliblər. Amasya belə bir tədqiqata layiq şəhərdir. Azərbaycandan hər kəsin gəlib Amasyanı görməsi lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR