Bank Of Baku

Azərbaycan və Ermənistanda mədəni-tarixi abidələrin monitorinqini keçirəcək YUNESKO missiyasının tərkibi müəyyənləşib

Azərbaycan və Ermənistanda mədəni-tarixi abidələrin monitorinqini keçirəcək YUNESKO missiyasının tərkibi müəyyənləşib
# 18 iyun 2007 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Onun sözlərinə görə, britaniyalı deputat Edvard Oharanın rəhbərlik edəcəyi missiyanın regiona səfərinin tarixi hələ dəqiqləşməyib: “Səfərin tarixi Ermənistan tərəfi ilə razılaşdırılmalıdır. Ermənistan səfərə razılıq verən kimi missiya regiona gələcək. Səfərlə bağlı Azərbaycan tərəfdən bütün hazırlıqlar yekunlaşıb”. Qeyd edək ki, Edvard Oharanın rəhbərlik edəcəyi missiyanın tərkibinə beş nəfər daxildir. Missiya əsasən mədəni-tarixi abidələrin monitorinqi üzrə beynəlxalq ekspertlərdən təşkil olunub. Hələlik missiyanın tərkibinə daxil edilən ekspertlərin adları açıqlanmır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR