Bakıda GUAM ölkələri rəhbərlərinin növbəti sammiti çərçivəsində görüşlər və danışıqlar keçirilib
Yanacaq və energetika naziri Natiq Əliyev isə bildirib ki, GUAM-ın iqtisadi blokunun iclasında müzakirə olunan əsas məsələ Ukrayna, Polşa, Litva, Gürcüstan və Azərbaycanın Krakov sammitində razılaşdırılan Odessa-Brodı enerji layihəsinin əsaslandırılması olub. Nazirin sözlərinə görə, hər bir ölkə layihədə müəyyən şərtlərlə iştirak etmək istəyir: “Hələlik tərəflər layihədə iştirak edəcək qurumlarını müəyyənləşdirməyib. Azərbaycandan yəqin ki, Dövlət Neft Şirkəti iştirak edəcək”. N.Əliyev qeyd edib ki, sentyabrda Litvanın paytaxtı Vilnüsdə enerji sammiti keçiriləcək: “Sammitdə işçi qrupları yenidən Odessa-Brodı layihəsini nəzərdən keçirəcək. Bu ölkələri hələlik Azərbaycanın yalnız nefti maraqlandırır. Gələcəkdə yəqin ki, bizim qazımız da onlar üçün maraqlı olacaq”.
GUAM ölkələrinin iqtisadi strukturlarının toplantısı başa çatandan sonra isə nəqliyyat nazirləri və işçi qrupları səviyyəsində müzakirələr başlayıb. Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, iclasda nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, gələcək layihələr, mövcud maneələrin aradan qaldırılması və multimodal yük daşımaları ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, GUAM ölkələri arasında multimodal yük daşımaları sahəsində çoxtərəfli sazişin imzalanması planlaşdırılır.
GUAM ölkələri hüquq-mühafizə orqanlarının başçılarının, milli təhlükəsizlik, daxili işlər, fövqəladə hallar, baş prokurorlar, sərhəd xidmətləri rəhbərlərinin də toplantıları da keçirilib. Görüşdən sonra açıqlama verən Ukrayna baş prokurorunun müavini Viktor Pşonka iclasda GUAM ölkələrinin terrorla mübarizə sahəsində əməkdaşlıq imkanları və bir sıra digər məsələlər müzakirə olunduğunu deyib.
GUAM ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərinin görüşü ilə bağlı etibarlı mənbənin APA-ya verdiyi məlumata görə, görüşdə terrorizm və narkomaniya ilə mübarizə, qarşılıqlı hüquqi yardım, quruma daxil olan ölkələr arasında ekstradisiya məsələləri, cinayətkarlığa qarşı birgə mübarizə metodları ilə bağlı danışıqlar aparılıb. Razılaşdırılan məsələlərlə bağlı birgə razılıq protokolu imzalanıb.
Bu gün həmçinin GUAM ölkələrinin humanitar strukturlarının, yəni təhsil, mədəniyyət, turizm, gənclər və idman, həmçinin Elmlər Akademiyaları rəhbərləri də görüşü keçirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasda GUAM ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib: “Toplantıda əməkdaşlıq imkanları yüksək qiymətləndirildi. Çünki GUAM ölkələri arasında humanitar sahədə əməkdaşlıq əvvəldən də mövcud olub. Digər tərəfdən, bizim aramızda heç bir fikir ayrılığı olmadığından, əməkdaşlıq üçün ciddi imkanlar var”. Ə. Qarayevin sözlərinə görə, iclasda GUAM ölkələrinin beynəlxalq sərgilərdə birgə layihələrlə iştirakı məsələsi də müzakirə olunub: “Çalışmalıyıq ki, GUAM-ın bu sahədə formalaşmış xüsusi imici olsun”.
Bu gün GUAM-ın işgüzar şurası da toplaşıb.
GUAM ölkələri xarici işlər nazirlərinin görüşü də artıq keçirilib. Hazırda GUAM ölkələrin XİN başçılarının ABŞ-la apardıqları danışıqlar başlayıb. Danışıqlardan öncə ABŞ dövlət katibinin müşaviri Denk Krammer bu görüşün ABŞ-GUAM formatında keçirilən növbəti görüş olduğunu deyib: “Bu görüşlərdə ABŞ-la GUAM arasında münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunur”. D. Krammer bəyan edib ki, ABŞ GUAM-a daxil olmaq niyyətində deyil: “Çünki GUAM regional təşkilatdır. Biz GUAM-dakı müşahidəçi statusumuzdan razıyıq və GUAM-ın inkişafını dəstəkləyirik. ABŞ GUAM-ın getdikcə möhkəmlənməsindən və nüfuzunun artmasından məmnundur”.
Bunun ardınca isə Polşa və Yaponiyanın nümayəndələri ilə qurumla əməkdaşlıq perspektivlərinə dair danışıqlar aparacaqlar. Günün ikinci yarısında həmçinin GUAM ölkələri rəhbərlərinin Bakıda təkbətək görüşləri də nəzərdə tutulub. Çərşənbə axşamı isə GUAM-ın əsas sammiti və sənədlərin imzalanma mərasimi keçiriləcək.
Qeyd edək ki, GUAM-ın Bakıda keçirilən sammitində bir sıra sənədlərin imzalanacağı gözlənilir. Sammitdə Bakı Deklorasiyası, GUAM-ın ikinci sammitinin kommunikesi, GUAM-ın imtiyazları və immunitetləri haqqında saziş, nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq və yardım haqqında memorandum, GUAM- Polşa birgə bəyanatının qəbul ediləcəyi gözlənilir.
Onu da qeyd edək ki, GUAM sammiti çərçivəsində bütün görüşlər qapalı keçirilib. Jurnalistlər heç bir tədbirə buraxılmayıb və onların informasiya almaları üçün şərait yaradılmayıb.
Xatırladaq ki, sammitdə Gürcüstan prezidenti Mixail Saakaşvili, Litva prezidenti Valdas Adamkus, Ukrayna prezidenti Viktor Yuşşenko, Moldovanın baş naziri Vasil Tarlev iştirak edəcək. /APA/
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Xəbər Lenti
Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir
Tramp: ABŞ Venesueladakı əməliyyat xərclərini neft hesabına 28 dəfə kompensasiya edib
DÇ-2026-nın qalibinə kuboku İnfantino Trampla birgə təqdim edəcək
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib
DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər
ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir
Şahbaz Şərif: ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək
Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşılıb - VİDEO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH