Bank Of Baku

Ombudsmanların V beynəlxalq Bakı konfransı öz işinə başlayıb

Ombudsmanların V beynəlxalq Bakı konfransı öz işinə başlayıb
# 18 iyun 2007 14:10 (UTC +04:00)
O, Bakıda keçirilən beynəlxalq tədbirin olduqca önəmli olduğunu deyib. E. Süleymanova Azərbaycanda Ombudsman təsisatının yaranması, bu müddət ərzində görülən işlər, ölkədə insan haqlarının durumu barədə məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Biribosia deyib ki, konfransın mövzusu Avropa Şurasının insan haqları sahəsindəki prinsipləri üst-üstə düşür. O qeyd edib ki, insan haqları ilə bağlı yerli səviyyədə atılan addımlar beynəlxalq sahədə görülən işlərlə əlaqəli şəkildə qurulsa, o zaman bu fəaliyyət öz töhfəsini verəcək. Tədbirdə Beynəlxalq Ombudsmanlar İnstitutunun vitse-prezidenti Peter Kostelka, UNESKO-nun Moskva bürosu direktorunun köməkçisi Alla Ampar və bir sıra ekspertlər də çıxış ediblər. Beynəlxalq konfrans öz işini sabah davam etdirəcək. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR