Bank Of Baku

Gürcüstan prezidentinin Bakıya səfər proqramı açıqlanıb

Gürcüstan prezidentinin Bakıya səfər proqramı açıqlanıb
# 18 iyun 2007 11:31 (UTC +04:00)
Dövlət Dəftərxanasından APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri Gela Bejuaşvili, energetika naziri Nikoloz Gilauri, elm və təhsil naziri Aleksandr Lomaya, mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvili, Sərhəd Polisinin rəhbəri Badri Bisadze və digər rəsmi şəxslər daxildir. Bu gün Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyev, Polşa prezidenti Lex Kaçinski və Litva prezidenti Valdas Adamkusla görüşləri nəzərdə tutulub. Gürcüstanın Dövlət Dəftərxanası Azərbaycan paytaxtındakı görüşlərdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin detallarına dair müzakirələr aparılacağını istisna etməyib. Dəftərxanadan bildiriblər ki, sammit “GUAM regionda və dünyada” mövzusunda keçiriləcək elmi-praktik konfransla başa çatacaq. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR