Bank Of Baku

Aydın Quliyev: “Açıq Cəmiyyət Partiyasının üzvü deyiləm, bu partiyanın rəhbərliyinin keçirdiyi toplantılarda iştirak etmək fikrim də yoxdur”

Aydın Quliyev:  “Açıq Cəmiyyət Partiyasının üzvü deyiləm, bu partiyanın rəhbərliyinin keçirdiyi toplantılarda iştirak etmək fikrim də yoxdur”
# 18 iyun 2007 11:34 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib. Qurultaydan sonrakı müddətdə ACP rəhbərliyinin keçirdiyi toplantıların heç birinə qatılmadığını deyən A. Quliyev bundan sonra da hər hansı iclasda iştirak etmək fikrində olmadığını qeyd edib. Bunun səbəblərinə hələlik aydınlıq gətirməyən A. Quliyev sıravi üzv olmağı rəhbərlikdə təmsil olunmaqdan daha üstün tutduğunu da vurğulayıb.
ACP sədri Akif Şahbazov isə APA-ya açıqlamasında bildirib ki, üzvlərin ərizə ilə müraciət etməməsində qeyri-adi bir hal yoxdur. O, ACP üzvlərinin vaxtilə ADP-də fəaliyyət göstərdiklərini, ADP-nin qurultayında yeni partiya yaratmaqla bağlı qərar qəbul etdiklərini əsas gətirərək, üzvlərin ərizə ilə müraciət etməsinə ehtiyac olmadığını bildirib: “Ona görə də üzvlərdən üzvlüklə bağlı ərizə alınmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR