Bank Of Baku

Gürcüstan ombudsmanı Sozar Subari: “Azərbaycanlıların gürcü dilini öyrənməyə məcbur edilmələri barədə məlumatlar doğru deyil”

Gürcüstan ombudsmanı Sozar Subari: “Azərbaycanlıların gürcü dilini öyrənməyə məcbur edilmələri barədə məlumatlar doğru deyil”
# 18 iyun 2007 12:04 (UTC +04:00)
“Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini öyrənməyə məcbur edilmələri və bununla bağlı təzyiqlərə məruz qalmaları barədə verilən məlumatlar doğru deyil”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanda səfərdə olan Gürcüstanın xalq müdafiəçisi (Ombudsman) Sozar Subari verib. Onun sözlərinə görə, hər kəs bu dili öyrənməkdə sərbəstdir. S. Subari əlavə edib ki, dövlət qulluğu vəzifələrində işləmək üçün Gürcüstanın dövlət dilini öyrənmək lazımdır. Gürcüstanın xalq müdafiəçisi ölkəsində saxlanan azərbaycanlı məhkumların taleyi ilə bağlı vəziyyətə də aydınlıq gətirib. “Hazırda Gürcüstan həbsxanalarında onlarla azərbaycanlı məhbus cəza çəkir. Məhkumların ekstradisiyası ilə iki ölkənin ədliyyə nazirlikləri məşğuldur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR