Bank Of Baku

Müsavat Divanı partiyanın mitinq taktikasını müzakirə edəcək

Müsavat Divanı partiyanın mitinq taktikasını müzakirə edəcək
# 18 iyun 2007 12:57 (UTC +04:00)
Müsavat Partiyası iyulda mitinqləri davam etdirib-etdirməmək barədə qərarı Divanın növbəti toplantılarında müzakirə edəcək. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasının bu ilin yanvarında qəbul etdiyi qərardan sonra partiyanın hər ay mitinq təyin etdiyini deyən A. Hacılı yalnız iyunda belə aksiya keçirilmədiyini bildirib. Bunu jurnalistlərin iyunda aksiya keçirmək qərarı ilə əlaqələndirən A. Hacılının sözlərinə görə, partiya başladığı yürüş-mitinqləri dayandırmaq fikrində deyil. O, iyunun 30-da partiya Məclisinin iclasının keçiriləcəyini və bundan sonra Divanın iclasında aksiya ilə bağlı qərarın olacağını deyib. İcra Aparatının rəhbəri partiyanın indiki mərhələdə yalnız şəhər rəhbərliyi tərəfindən müəyyən olunmuş meydanlarda aksiyalar keçirmək fikrində olduğunu da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR