Bank Of Baku

Azərbaycanlı deputatlar Avropa Parlamentlərarası Tennis Turnirində iştirak ediblər

Azərbaycanlı deputatlar Avropa Parlamentlərarası Tennis Turnirində iştirak ediblər
# 18 iyun 2007 13:02 (UTC +04:00)
Final oyununda meydan sahibləri İtaliya qanunvericilik orqanının tennis komandası ilə qarşılaşıblar. Üç hissədən ikisində qələbə qazanan rumınlar turnirin qalibi olublar. Turnirinin xərcləri iştirakçıların hesabına ödənilib. Rumıniya Milli Bankının idman kompleksində keçirilən turnirə İtaliya, Macarıstan, İsveçrə, Çexiya, Rusiya, Polşa, Ukrayna, Sloveniya, Litva, Portuqaliya və Azərbaycan parlamentinin təmsilçiləri qatılıblar. Azərbaycanı turnirdə Milli Məclisin üzvləri Səyavuş Novruzov, Asəf Hacıyev və Sabir Hacıyev təmsil ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR